Dünyanın ən zəngin şəxsi olan İlon Mask 2022-ci il ərzində 100 milyard dollardan çox vəsait itirib.
Bu barədə bu gün “Bloomberg” agentliyi yazır.
Qeyd olunur ki, il ərzində “Tesla” və “SpaceX” şirkətlərinin rəhbərinin sərvəti 101 milyard dollar azalıb.
Bununla belə, o, 170 milyard dollar sərvətlə dünyanın ən zəngin şəxs olmaqda davam edir.