16 C
Baku
Thursday, May 16, 2024

İlon Mask öz çat-botunu işə salır – TruthGPT

Amerikalı sahibkar İlon Mask süni intellekt (AI) çat-botunun öz versiyasını yaratmağı planlaşdırır. O, bu barədə bazar ertəsi, aprelin 17-də “Fox News”a verdiyi müsahibədə məlumat verib.

Banker.az bu barədə İz.ru-ya istinadən xəbər verir.

“Mən TruthGPT adlandırdığım süni intellekti işə salacağam. O, insanlara həqiqəti axtarıb tapmağa kömək edəcək” — milyarder bildirib.

Bundan əvvəl, aprelin 14-də “Financial Times” qəzeti Maskın süni intellektin inkişafı üzrə ixtisaslaşacaq şirkət yaratmaq istədiyi barədə məlumat vermişdi. Mənbələrin dediyinə görə, o, ChatGPT çat-botunu yaradan “OpenAI” ilə rəqabət aparmaq istəyir və bunun üçün mütəxəssislər axtarır.

Martın 28-də Mask “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak, “Pinterest”in həmtəsisçisi Evan Şarp və digər ekspertlərlə birlikdə süni intellekt yaradıcılarının bu sistmein tədqiqini dayandırmalı olduqlarını bildirən məktub imzalayıb. Müəlliflər bildiriblər ki, insana bənzər intellektə malik sistemlər bəşəriyyət üçün ciddi risklər yarada bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər