26 C
Baku
Friday, April 19, 2024

İlon Mask tarixin ən varlı adamı oldu

“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask 272.3 milyard dollar sərvətlə dünya tarixinin ən varlı adamı olub. Banker.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “Forbes USA” jurnalı məlumat yayıb.

Qeyd edildiyi kimi, Mask bu göstəriciyə “Tesla” səhmlərinin qiymətinin kəskin artması sayəsində nail olub – bazar ertəsi günü artım 13% təşkil edib ki, nəticədə şirkətin bazar dəyəri 1 trilyon dolları keçib.

Bundan əvvəl də İlon Mask 203.4 milyard dollar sərvətlə “Forbes”un dünyanın ən varlı adamları reytinqində birinci olub. Siyahının ikinci və üçüncü sıralarında “Amazon”un qurucusu Ceff Bezos və “LVMH” şirkətlər qrupunun baş direktoru Bernar Arno yer alıb. İlk beşliyə həmçinin “Microsoft” korporasiyasının qurucularından biri Bill Qeyts və “Facebook”un rəhbəri Mark Çukerberq daxil olub.

“Tesla” şirkəti Mask tərəfindən 2003-cü ildə qurulub. İlk olaraq avtomobil istehsalçısının adı “Tesla Motors” olub. İnkişafının birinci mərhələsində şirkət yalnız elektromobil istehsal edib, lakin sonradan günəş batareyaları və digər enerji tutumlu sistemlərin inkişaf etdirilməsi ilə məşğul olmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər