25 C
Baku
Saturday, July 27, 2024

İlon Mask Trampla yollarını ayırdı

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask (Elon Musk) üzvü olduğu ABŞ prezidenti yanındakı 2 şuranı tərk etdiyini açıqlayıb.

İş adamı prezident Donald Trampın ABŞ-ın iqlim üzrə Paris sazişindən çıxdığını elan etməsindən sonra bu qərarı qəbul edib. “Prezident şuralarını tərk edirəm. İqlimin dəyişməsi realdır. Paris razılaşmasından çıxmaq ABŞ və dünya üçün yaxşı heç nə vəd etmir”, – deyə İ. Mask “Twitter”də yazıb.

Xatırladaq ki, İ. Mask daha əvvəl bəyan etmişdi ki, ABŞ Paris sazişindən çıxarsa, o, prezident yanındakı qurumları tərk edəcək. İ. Mask prezident yanında Ekspertlər Şurasında, eləcə də iş yerlərinin artırılması üzrə işçi qrupda təmsil olunan 18 biznes liderindən biri idi. Mask daha əvvəl Trampın miqrasiya fərmanını da tənqid etmişdi.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər