3 C
Baku
Saturday, December 14, 2024

İlon Mask və “McDonald’s”ın təsadüfən yaratdığı kriptovalyuta 2800 dəfə bahalaşıb

İlon Mask və “McDonald’s”ın təsadüfən yaratdığı “Grimacecoin” kriptovalyutası kəskin bahalaşıb. Hər şey sahibkarın “McDonald’s”a etdiyi təklifdən başlayıb: ““McDonald’s” “Dogecoin” qəbul etməyə başlasa, kamera qarşısında “Happy Meal” yeyəcəyəm”. Restoranlar şəbəkəsi isə ona belə cavab verib: “Yalnız o halda ki, “Tesla”  “Grimacecoin” qəbul etməyə başlayacaq”.

Bundan sonra “Binance Smart Chain” şəbəkəsində eyni anda bir neçə “Grimacecoin” kriptovalyutası peydə olub. Onlardan birinin məzənnəsi bir neçə saat ərzində 0.0007 dollardan 2 dollara yüksəlib, sonra isə 0.60 dollara düşüb.

“Ethereum”da yaradılan daha bir “Grimacecoin” sikkəsi isə 56 000% bahalaşaraq 0.004074 dollara çatıb. Onu 1200-dən çox insan alıb, kriptovalyutanın bazar dəyəri artıq 6 milyon dollara yaxınlaşır.

Qeyd edək ki, “Grimace” personajı ilk dəfə 70-ci illərdə “fast food” marketinq kampaniyasında görünüb. O, uşaqlardan süd kokteylləri oğurlayan anti-qəhrəman kimi düşünülüb. Lakin hələ 2012-ci ildə “McDonald’s”ın kreativ direktoru Roy Berqold bu ideyanı uğursuzluq, personajı isə uşaqlar üçün çox qorxulu adlandırıb.

Son xəbərlər
Digər xəbərlər