26 C
Baku
Saturday, April 20, 2024

İlon Mask xeyriyyə fonduna 5,7 mlrd. dollarlıq səhmlər ianə edib

Amerikalı milyarder İlon Mask 2021-ci ilin noyabrında 5 milyondan çox “Tesla” səhmini xeyriyyə fonduna bağışlayıb. İş adamından ianə alan xeyriyyə fondunun adı açıqlanmayıb.

“Reuters”in verdiyi məlumata görə, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) dərc etdiyi hesabatda deyilir.

İanənin ümumi məbləği 5,74 mlrd. dollar təşkil edib.

İanələr iş adamının “Tesla”dakı payının 10%-ni satdıqdan sonra bir neçə tranşda edilib. Səhm satışına başlamazdan əvvəl Mask “Twitter”də izləyicilərindən bəzi səhmlərini satıb satmayacağı ilə bağlı sorğu keçirib. İstifadəçilər sövdələşmənin lehinə səs verib və iş adamı 7 mlrd. dollarlıq səhm satıb.

Hesabata görə, Mask 19-29 noyabr tarixləri arasında beş tranzaksiya çərçivəsində səhmlər bağışlayıb, ən böyüyü 2,2 mln. və 1,5 mln. səhm olub.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər