Milyarder İlon Mask öz “tviti” ilə yenidən kriptovalyuta bazarında dəyişikliklərə səbəb olub. Bu dəfə sahibkar kiçik oğluna “Dogecoin” alması ilə bağlı paylaşım edib ki, bu da qiymətlərin yenidən artması ilə nəticələnib.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, “Dogecoin”in qiyməti 0.06 dollardan 0.08 dollara yüksəlib.
“Kiçik oğlum üçün bir az “Dogecoin” aldım ki, o da balaca “hodler” olsun”, – deyə Mask sosial şəbəkədə yazıb və bəhs etdiyi oğlunun qısa videosunu yerləşdirib.
“Hodler” – kriptovalyutaya yatırım edən və “al və saxla” prinsipinə sadiq qalan investorlara deyirlər.
İlk dəfə deyil ki, “Dogecoin”in qiymətində artım baş verir. 2020-ci ilin iyun ayında Mask “Twitter”də bu kriptovalyutanın şəklinin altında “Bu qaçırılmazdır” yazmışdır. Həmin “tvit”dən sonra kriptovalyutanın dəyəri 14% artmışdır. Eynilə 2020-ci ilin 20 dekabr tarixində: sahibkar sosial şəbəkədə “Doge” sözünü yazıb paylaşmışdır və bu, əhəmiyyətlin artıma səbəb olmuşdur.
Xatırladaq ki, Maskın kiçik oğlu 2020-ci il 4 may tarixində anadan olub. Həyat yoldaşı Kler Buşe ilə birlikdə milyarder oğlunun adını X Æ A-12 qoyub. Onların izahlarına görə, X – müəyyən olmayan dəyişəndir; Æ – “Ai” səsinin tələffüzüdür (yəni sevgi və / və ya süni intellekt); A-12 – “SR-71”in sələfidir (sevimli istehlakçı deməkdir).
— Elon Musk (@elonmusk) February 10, 2021