17 C
Baku
Monday, April 29, 2024

İlon Maskın sərvəti bir gündə $17.9 mlrd. artıb

İlon Maskın sərvəti sentyabrın 11-də 17.9 milyard dollar (+ 7.14%) artaraq 216.9 milyard dollara çatıb. Belə ki, “Morgan Stanley” “Dojo” superkompüterinin şirkətin bazar dəyərini təxminən 600 milyard dollar artıra biləcəyini dedikdən sonra “Tesla” səhmləri gün ərzində 10.09% artıb.

Sentyabrın 11-də “Nasdaq”da hərracların bağlanışına qədər “Tesla” səhmləri hər səhm üçün 273.58 dollara satılıb. Onların dəyəri 10.09%, pul ifadəsində 25.08 dollar artıb. Ticarət bağlandıqdan sonra səhmlərin dəyəri 0.43% azalaraq 272.4 dollar olub.

“Morgan Stanley”in analitiki Adam Jonas deyir ki, “Dojo” qazancının böyük hissəsi proqram təminatı sahəsindən gələcək. Onun fikrincə, “Tesla”nın gəliri 2040-cı ildə əvvəllər proqnozlaşdırılan 157 milyard dollardan 335 milyard dollara yüksələcək.

Mask “Tesla”nın 23%-nə sahibdir. 2023-cü ilin ikinci rübünün sonunda şirkətin səhmləri demək olar ki, 10% ucuzlaşıb. Bu, şirkətin mənfəətinin çoxillik minimuma – 18.1% azalması ilə bağlıdır.

“Tesla” iyul ayında Çin istehsalı olan 64 285 elektrikli avtomobil satıb ki, bu da əvvəlki ayla müqayisədə 31% azdır. Sentyabrın sonunda şirkət yenilənmiş Model 3 avtomobilini təqdim edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər