4 C
Baku
Friday, March 29, 2024

İlqar Əhmədzadənin BOKT-unda kapital geri çəklib

İlqar Əhmədzadənin səhmdar olduğu “Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı azaldılıb.

Bu barədə Banker.az-ən əldə etdiyi xəbərdə deyilir.

Məlumata görə, BOKT-un nizamnamə kapitalı son əməliyyatda 50 min manat, yaxud 3% azaldılıb.

Bununla da onun nizamnamə kapitalı 1 milyon 700 min manatdan 1 milyon 650 min manata düşüb.

Onun kapitalı sonuncu dəfə 2020-ci ilin yayında 1 milyon 500 min manatdan 1 milyon 700 min manata çatdırılmışdı.

Xatırladaq ki, BOKT 2014-cü ildə yaradılıb və onun səhmlərinin 100%-i İlqar Əhmədzadəyə məxsusdur.

“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 100 809 manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə BOKT-un mənfəəti 152 571 manat olub ki, bu da illik müqayisədə mənfəətin 34% azalması deməkdir. Müştərilərə verilmiş kreditlər isə ötən il 19.3% azalaraq 1 milyon 194 min manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər