Beynəlxalq Valyuta Fondu (IMF) 2023-cü ildə neftin orta qiyməti ilə bağlı proqnozunu iyulda gözlənilən 76,43 ABŞ dollarından bir barel üçün 80,49 ABŞ dollarına, 2024-cü il üçün proqnozunu isə 71,68 ABŞ dollarından bir barel üçün 79,92 ABŞ dollarına yüksəldib.
Bu barədə qurumun hesabatında deyilir.
Belə ki, neftin qiymətinin 2023-cü ildə 16,5 %, 2024-cü ildə isə 0,7 % azalacağı gözlənilir.
Fondun məlumatına görə, 2022-ci ildə neftin qiyməti 39,2 % artaraq bir barel üçün 96,36 ABŞ dollar təşkil edib.
Qeyd edək ki, IMF neftin orta qiymətini hesablamaq üçün “Brent”, “Fateh” və “WTI” fyuçers kotirovkalarından istifadə edir.