1 C
Baku
Saturday, December 14, 2024

IMF Azərbaycan neftinin 62 dollar/barell olacağı qənatətindədir

Beynəlxalq Valyuta Fondu (BFV və ya IMF) 2018-2019-cu illər üzrə Azərbaycanın ixrac edəcəyi neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

Beynəlxalq Valyuta Fondunun “Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə regional iqtisadi proqnoz” adlı hesabatına istinadən xəbər verir ki, cari ildə “AzeriLight” markalı neftin bir barelinin qiyməti 62 dollar təşkil edəcək.

Fondun proqnozlarına görə, gələn il dünya bazarında neft ucuzlaşacaq. Buna görə də BVF-nin qiymətləndirməsinə görə, gələn il Azərbaycan neftinin bir barelinin qiyməti 59,3 dollar təşkil edəcək. Hazırda isə Azerlight-in qiyməti 73,18 dollar barel təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər