9 C
Baku
Friday, December 13, 2024

IMF Azərbaycanın daxil olduğu region üzrə proqnozunu açıqladı

Bu il Qafqaz və Mərkəzi Asiya (CCA) regionu ölkələrinin iqtisadiyyatının 3,7 %, 2022-ci ildə isə 4,1 % böyüyəcəyi proqnozlaşdırılır.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) CCA regionu üçün açıqladığı “Regional Economic Outlook” hesabatının aprel sayında deyilir.

Hesabata görə, adıçəkilən regionun ÜDM-i 2020-ci ildə 1,9 %-i azalıb.

“CCA regionunda 2021-ci il üçün inflyasiya 6,9 %, 2022-ci ildə isə 6,2 % təşkil edəcəyini proqnozlaşdırırıq. Adıçəkilən regionun neft-qaz ixracatçısı olan ölkələrin ÜDM-i bu il 3,7 %, 2022-ci ildə isə 4 % artacaq. Onların qeyri-neft sektoru üzrə ÜDM-i 2021-ci ildə 3,5 %, 2022-ci ildə isə 4 % yüksələcək.

Həmin qrup ölkələrdə istehlakçı qiymətlərinin isə müvafiq olaraq 7,1 % və 6,5 % təşkil edəcəyini düşünürük”, – hesabatda deyilir.

Qeyd edək ki, CCA regionuna Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. CCA regionunun neft ixracatçıları isə Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistandır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər