10 C
Baku
Friday, December 13, 2024

IMF-in xəbərdarlıqları qısamüddətli təsir etdi: Neft yenidən bahalaşmağa başladı

Neft qiymətləri Çərşənbə günü Rusiya və Liviyadan azalan tədarüklə bağlı narahatlıqlar və ABŞ-ın xam neft ehtiyatlarının azalması səbəbi ilə əvvəlki sessiyadakı kəskin itkilərdən yenidən artmağa başladı.

Banker.az xəbər verir ki, Brent xam neftinin bir barreli iyun fyuçerslərində 1.25 dollar, yaxud 1.17% bahalaşma ilə 108.50 dollar təşkil edib. Brentin spotla olan qiyməti isə 109.41 dollar/barrel təşkil edir. WTI xam nefti isə 1.22 dollar, yaxud 1.20% bahalaşma ilə 103.27 dollar/barrelə çatıb.

IMF AÇIQLAMASI

Çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) Rusiyanın Ukraynadakı müharibəsinin iqtisadi təsirlərini əsas gətirərək, qlobal artım proqnozunu təxminən tam faiz bəndi azaltmasından və inflyasiyanın indi bir azalma olduğunu xəbərdar etməsindən sonra hər iki fyuçers çərşənbə axşamı volotil şəraitdə 5.2% ucuzlaşmışdı.

Güman edilir ki, ötən gün IMF-in açıqlamasından sonra psixoloji təsirlərlə birjalarda böyük satış təziyiqləri baş tutub. Bu da xam neftin ucuzlaşmasına çox təsir edib.

Lakin, bütün bunlara rəğmən, Avropa İttifaqının Rusiya neftindən imtinası, Livyada neft hasilatı ilə bağlı iki yataqla bağlı gərginliklər hələ öz aktuallığın itirməyib. İnvestorlar istənilən halda daralan təchizat zənciri ilə bağlı narahatlıqları göz önündə saxlamaqdadırlar.

RUSİYA VƏ LİVYA FAKTORU

Dünyanın II ən böyük neft ixracatçısı və Avropanın əsas tədarükçüsü olan Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiya “cəhənnəm” sanksiyaları ilə üz-üzə qalıb. Bu sanksiyalar isə neftin qlobal təchizatı ilə bağlı qeyri-sabitliyi artırır.

Neft İxrac Edən Ölkələr Təşkilatı və onun OPEC+ kimi tanınan müttəfiqləri mart ayında gündəlik hasilat hədəflərindən 1.45 milyon barel az hasil edib. Səbəb isə Qərbin tətbiq etdiyi sanksiyalardan sonra Rusiyanın hasilatı azalmağa başlamasıdır. Hesabatda göstərilir ki, Rusiya ikinci dərəcəli mənbələrə əsaslanaraq, mart ayında hədəfindən təxminən 300 min barel az hasil edərək sutkada 10.018 milyon barel xam neft hasil edib.

Liviyanın Milli Neft Korporasiyası çərşənbə axşamı Breqa neft limanında fors-major vəziyyət elan edərək, neft bazarı ilə bağlı öhdəliklərini yerinə yetirə bilmədiyini bildirib.

ABŞ EHTİYATLARI

Amerika Neft İnstitutunun (API) rəqəmlərinə istinadən verdiyi məlumata görə, ABŞ-da xam neft ehtiyatları ehtiyatların artması gözləntilərinə qarşı keçən həftə 4.5 milyon barrel azalıb. Bazar isə nəinki azalma, 2.53 mln. barrel artım gözləyirdi. Öncəki həftə 7.76 mln. bll artım olmuşdu.

 

Son xəbərlər
Digər xəbərlər