2019-cu ildə qlobal iqtisadi artım 3,5%, 2020-ci ildə isə 3,6% olacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hazırladığı “World Economic Outlook” (WEO) hesabatında deyilir.
Bu, 2018-ci ilin oktyabrında açıqlanan eyni adlı hesabatda göstərilən rəqəmlərdən müvafiq olaraq 0,2% və 0,1% aşağıdır.
İMF hesab edir ki, 2018-ci ildə qlobal genişlənmə zəifləyib. Qeyd edək ki, ötən ilin oktyabrında yayımlanmış WEO-ya görə, 2018-ci ildə qlobal iqtisadi artımın 3,7% təşkil edəcəyi proqnozlaşdırılıb.
Report