Qlobal borc 2022-ci ildə 238 trilyon ABŞ dollara çatıb ki, bu da, 2021-ci illə müqayisədə 200 milyard ABŞ dolları və ya 0,08 % çoxdur.
Bu barədə Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verilir.
Bunun 61,3 %-i və ya 146 trilyon ABŞ dolları dövlət borcu, 92 trilyon ABŞ dolları isə özəl sektorun borcudur.
Qlobal borc pandemiyadan əvvəlki dövr- 2020-ci illə (258 trilyon ABŞ dolları) müqayisədə çox olsa da, ardıcıl 2 ildir ki, azalır.
Ötən il qlobal borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 2019-cu illə müqayisədə 9 faiz bəndi artaraq 238 %-ə yüksəlib.
2020-ci ildən sonra qlobal iqtisadi artımın bərpasına və yüksək inflyasiyaya rəğmən, dövlət borcu “inadla” yüksək olaraq qalır.
Bir sıra hökumətlər pandemiya ilə bağlı maliyyə dəstəyini dayandırsalar da, iqtisadi artımı yüksəltmək, eləcə də ərzaq və enerji qiymətlərindəki artımlara cavab vermək üçün budcə xərclərini artırılması ilə dövlət borcunun səviyyəsini yüksək saxlayıb.
Ev təsərrüfatlarının və qeyri-maliyyə korporativ borclarının daxil olduğu özəl borcun ÜDM-yə nisbəti 12 faiz bəndi azalıb. Ancaq, bu da, pandemiya dövründəki artımı azaltmağa yetməyib.
Pandemiyadan əvvəl qlobal dövlət borcunun ÜDM-yə nisbəti onilliklər ərzində artıb. Qlobal dövlət borcu 1970-ci illərin ortalarından bəri üç dəfə artaraq 2022-ci ilin sonuna qədər ÜDM-in 92 %-nə (və ya 91 trilyon ABŞ dollarından bir qədər çox) çatıb.
Özəl borc da üç dəfə artaraq ÜDM-in 146 %-ni (və ya 144 trilyon ABŞ dollara yaxın) təşkil edib, lakin 1960-2022-ci illəri əhatə edən daha uzun müddətdə.
Son onilliklərdə Çinin dövlət borclanmasının iqtisadi artımı üstələməsi səbəbi ilə qlobal borcun artmasında mərkəzi rol oynayıb. Çinin borcunun ÜDM-yə nisbəti ABŞ-la eyni olsa da, dollar ifadəsində isə Çinin ümumi borcu (47,5 trilyon ABŞ dolları) hələ də ABŞ-dan (70 trilyon ABŞ dollara yaxın) nəzərəçarpacaq dərəcədə aşağıdır. Qeyri-maliyyə korporativ sektorun borcuna görə isə Çin 28 %-lik payı ilə dünyada liderdir.