Beynəlxalq Valyuta Fondunun(BVF və ya IMF) rəhbəri Kristin Laqard kriptovalyuta bazarının qlobal səviyyədə nizamlanmasının lazım olduğunu bildirib.
Xarici KİV-ə istinadən, Laqard əks təqdirdə bu bazarın kriminallaşacağını vurğulayıb.
“Tənzimləmə və müşahidə texnologiyaları cinayət elementlərinin kriptovalyuta dünyasında çıxarılmasına kömək edə bilər.
Kriptovalyutanın sərhəd tanımadığını bilirik, ona görə də nəzarət sistemi qlobal səviyyədə olmalıdır”,- deyə xanım Laqard qeyd edib.