19 C
Baku
Sunday, May 19, 2024

İndi banklar əhalini deyil, əhali bankları nağd dollarla ‘təmin’ edir

Azərbaycanda əhali “yastıq altından” may ayında daha 156 mln. ABŞ dollarını banklarda nağd konvertasiya ediblər, bu, əhaliyə satılan nağd dolları xeyli üstələyir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

2023-cü ilin may ayında isə əhali banklara cəmi 105 mln. ABŞ dolları satıb. Bu da əhali tərəfindən banklara axan 51 mln. dollarlıq nağd valyutadır. Artıq banklar əhalini deyil, əhali bankları dollarla təmin edir. Söhbət may ayından gedir.

Bu məsələyə Azərbaycan Mərkəzi Bankının faiz dərəcəsinə dair son press-relizində də yer ayrıldı. Bildirildi ki, 2018-ci ildən bəri ilk dəfədir ki, cari ilin ötən dövründə banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələyib. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olub.

Azərbaycanda 2023-cü ilin ilk beş ayında banklar əhaliyə nağd 661.16 mln. ABŞ dolları satıb. 2022-ci ilin eyni dövründə bu rəqəm 1 mlrd. 130.21 mln. dollar idi. Beləliklə, 2023-cü ilin ilk beş ayı öncəki ilin eyni dövründən 469.04 mln. dollar və ya 42% azdır.

2022-ci ilin eyni dövründə banklar əhalidən 638.92 mln. dollar nağd valyuta alıblar. Bu, illik müqayisədə 62.04 mln. dollar və ya 9% azdır.

AMB bildirir ki, manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin beş ayında isə 5.1% möhkəmlənib.

May ayında Dövlət Neft Fondu yerli banklara 3% azalaraq $277.3 mln.-a düşdüyü halda, iyunda bu daha kəskin, yəni $58.4-a=ə düşüb. İyun ayında bankların əhaliyə nağd dollar satışı daha da azalacağı gözlənilir.

NİYƏ ƏHALİ DOLLARLARINI SATIR?

Hazırda ABŞ dollarına tələbin aşağı düşməsinə səbəb neft-qaz qiymətlərinin yuxarı olması, tədiyə balansındakı profisitlik və hazırda hökumətin sabit məzənnəni (USD/AZN 1.7) dəstəkləməsidir. Bu, valyuta bazarı üçün bir qədər sabitlik yaradır.

Mərkəzi Bankın son bir neçə ildəki açıqlamaları da onu deməyə əsas verir ki, manatın sabit məzənnəsi hazırkı durum üçün məqbuldur. Belə ki, Azərbaycanda inflyasiya əsasən xaricdən idxal olunduğu üçün “lövbər” məzənnə bu qiymət artımlarının daha da çox artmasını neytrallaşdırır.

İkinci bir məsələ isə ölkədə manatın inflyasiyasının ikirəqəmli olmasına rəğmən digər investisiya alətləri ilə müqayisədə gəlirliliyin yuxarı olmasıdır. Bu, əsasən də fiziki şəxslər üçün belədir. Ölkədə hazırda hökumətin banklarda yerləşdirlən əmanətlərin illik gəlirliliyi 12%-ə qədəri və eləcə də 100 min manatadək hissəsinin qorunması, əhalini milli pulda depozit yerləşdirməni həvəsləndirir. Bunu da bildirməliyik ki, 1 fevral 2023-cü il tarixinədək depozitlər 7 illik 10%-lik faiz gəlirinə tətbiq edilən vergi güzəşti ləğv edilib. Depozitlərin gəlirlindən 10% hazırda dövlətə vergi kimi çıxılır.

1 iyun 2023-cü il tarixinə əhalinin (fiziki şəxslər) depozitlərinin həcmi 12 mlrd. 143 mln. manata yüksəlib. Bu, son bir ayda 1.6%, ilin əvvəlindən isə 5.7% artımdır.3123123123231231212

Son xəbərlər
 ⁠
Digər xəbərlər