1 C
Baku
Saturday, December 14, 2024

İndoneziya 2023-cü ildə boksit ixracını qadağan edəcək

Bu gün, dekabrın 21-də İndoneziya prezidenti Coko Vidodo ölkənin 2023-cü ilin iyunundan boksit ixracını dayandıracağını açıqlayıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, alüminium istehsalı üçün zəruri olan bu filizin ehtiyatlarına görə İndoneziya dünyanın ilk beş ölkəsi sırasındadır. İndoneziya dünyada 6-cı ən böyük boksit ixracatçısıdır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

2020-ci ilin yanvar ayından İndoneziya artıq nikel filizinin ixracına qadağa qoyub, bu da proteksionizm ittihamlarına səbəb olub. Noyabrın sonunda ÜTT belə bir qadağanın təşkilatın beynəlxalq ticarətlə bağlı qaydalarına zidd olduğu barədə qərar qəbul edib. Dekabrın ortalarında İndoneziya bu qərardan apelyasiya şikayəti verib.

“Bloomberg” agentliyinə müsahibə verən ekspertlər hesab edirlər ki, İndoneziyadan boksitin ixracına qadağa qoyulması qısa müddətdə bu xammalın qiymətinin artmasına səbəb ola bilər. Eyni zamanda, analitiklər dünya bazarında İndoneziya boksitinin Avstraliya və ya Qvineya kimi digər ölkələrin bu xammalı ilə əvəz oluna biləcəyinə ümid edirlər.

Son xəbərlər
Digər xəbərlər