-1 C
Baku
Sunday, December 15, 2024

İndoneziya bitki yağı ixracına qoyulan qadağanı ləğv edir

İndoneziya Prezidenti Coko Vidodo cümə axşamı əhaliyə videomüraciətində bildirib ki, ölkə mayın 23-dən etibarən ölkədən bitki, o cümlədən palma yağının ixracına qoyulan qadağanı ləğv edir.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Hökumət 2022-ci il mayın 23-dən bitki yağı ixracına başlayacaq”, – deyə mesajda bildirilib.

Xatırladaq ki, İndoneziya hökuməti 28 aprel 2022-ci ildə bitki yağlarının, eləcə də emal olunmamış palma yağının ixracını qadağan edib.

Son xəbərlər
Digər xəbərlər