19 C
Baku
Thursday, May 2, 2024

İndoneziya prezidenti G20 sammitini “müharibəyə son” çağırışı ilə açıb

İndoneziya Prezidenti Coko Vidodo G20 sammitinin açılışında birliyə çağırıb və deyib ki, toplanan liderlər dünyanın növbəti soyuq müharibəyə qərq olmasına imkan verməməlidirlər. O, həmçinin hesab edir ki, qarşıdan gələn sammit “iqtisadiyyatın hərtərəfli bərpası üçün katalizator” olmalıdır.

O, Ukraynadakı münaqişəni birbaşa qeyd etmədən müharibənin dayandırılmasının vacibliyinə işarə edib, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Bizim hamımızın təkcə xalqlarımız qarşısında deyil, bütün dünya xalqları qarşısında da məsuliyyətimiz var. Bu vəziyyətdə məsuliyyətli olmaq o deməkdir ki, biz müharibəni dayandırmalıyıq. Müharibə bitməsə, dünyanın irəliləməsi çətin olacaq. Müharibə dayandırılmasa, bu və gələcək nəsillərin gələcəyi üçün məsuliyyət daşımaq bizim üçün çətin olacaq”, – prezident deyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər