İndoneziyada “Lion Air” şirkətinə məxsus “Boeing” təyyarəsi Cakarta aeroportundan havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb.
“Reuters” agentliyinə istinadən, təyyarə havaya qalxdıqdan 13 dəqiqə sonra radarlardan itib.
Agentliyin məlumatına görə, İndoneziyanın Pankalpinanq şəhərinə uçuş həyata keçirməli olan “Boeing 737 MAX 8” Yava adası yaxınlığında dənizə düşüb.
Hadisə zamanı göyərtədə olan insanların sayı açıqlanmır. Axtarış-xilasetmə əməliyyatları başlayıb.
https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g