8 C
Baku
Tuesday, March 19, 2024

İndoneziyanın paytaxtı köçürülür – 33 mlrd dollara başa gələcək

İndoneziya Prezidenti Coko Vidodo ölkə parlamentinə paytaxtın köçürülməsi ilə bağlı planını təqdim edib.

APA-nın “Aljazeera”ya istinadən verdiyi xəbərə görə, plana əsasən, paytaxt Yava adasında yerləşən Cakarta şəhərindən Kalimantan adasına köçürüləcək.

Cakartada coğrafi yerləşməsinə görə mütəmadi olaraq sel baş verir. 

Qeyd edək ki, bundan əvvəl İndoneziyanın Milli İnkişaf naziri Bambanq Broconeqoro bildirib ki, hökumət 2024-cü ildə paytaxtın köçürülməsi prosesinə başlayacaq. Hökumətin hesablamalarına görə, paytaxtın köçürülməsi 32,5 milyard ABŞ dollarına başa gələcək. 

Son xəbərlər
Digər xəbərlər