15 C
Baku
Friday, April 26, 2024

İndoneziyanın “Ula” startapı Ceff Bezos, “Tencent” və başqalarından $87 mln. cəlb edib

İndoneziyanın “Ula” startapı Ceff Bezos, “Tencent”, “Prosus Ventures” və başqalarından 87 milyon dollar cəlb edib.

Banker.az xəbər verir ki, mənbələrə görə, milyarder “Bezos Expeditions” investisiya şirkəti vasitəsilə investisiya qoyub.

Bildirildiyi kimi, Bezosun startapa marağı “Amazon”un Cənub-Şərqi Asiya ölkələrinin çoxunda işləməməsi ilə əlaqəlidir.

“Ula” şirkəti 2020-ci ildə Hindistanın “Flipkart” komandası, “Amazon”un keçmiş işçisi Alan Vonq, “P&G”in nümayəndəsi Derri Sakti, “Lazada” və “aCommerce”nin nümayəndəsi Riki Tenqarra tərəfindən qurulub.

Xidmət mağaza sahiblərinə satınalma, dövriyyə kapitalı, o cümlədən məhsul ehtiyatlarının idarəçiliyi sahəsində kömək edir. Yarandığı gündən bu yana şirkət 30 milyon dollardan çox gəlir əldə edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər