10 C
Baku
Wednesday, December 11, 2024

İnflyasiya avropalıların çoxunu yay istirahəti imkanından məhrum edir

Avropalılar pandemiyadan sonra bu yayda bir qədər dincəlməyə ümid edirdilər. Lakin misli görünməmiş inflyasiya səbəbindən onlar yay mövsümü üçün planlarına düzəliş etməli olublar.

Avropa Komissiyasının Sosial Proseslərin Öyrənilməsi Mərkəzi tərəfindən aparılmış yeni sosioloji tədqiqatın nəticələrinə əsasən məlum olur ki, avropalılar bu yayda məzuniyyət üçün orta hesabla hər nəfərə 604 avro sərf etməyi planlaşdırırlar. Avropalıların builki məzuniyyət üçün planlaşdırdığı xərclərin məbləği 2021-ci ildəkinə nisbətən təqribən 6 faiz azdır.

Aİ sakinlərinin hər 10 nəfərindən 6 nəfəri bu il yayda istirahət üçün harasa getməyə hazırlaşır. Qənaət mülahizələrinə görə yay məzuniyyətindən imtina edənlərin sayı keçənilki ilə müqayisədə artıb. Belə ki, keçən il rəyi soruşulanların 22 faizi yay məzuniyyəti dövründə harasa getməkdən imtina etmələrini bu arqumentlə əsaslandırırdısa, bu il həmin göstərici 36 faiz təşkil edir. Evdə qalanların da 41 faizi ümumiyyətlə məzuniyyəti özlərinə rəva görə bilmir.

Köhnə dünyada demək olar ki, hər şeyin bahalaşmasının kədərli nəticələri belədir. Keçən il yay səyahətləri ilə bağlı planlara təsir göstərən əsas amil koronavirus pandemiyası idisə, bu il rəyi soruşulanların 88 faizi üçün əsas amil inflyasiya və bahalaşmadır. Avropa İttifaqının şərq sərhədlərində müharibə getməsi də çoxları üçün belə bir amildir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər