2000-ci ildə Sloan Digital Sky Survey fəaliyyətə başlayanda, yeni Meksikada yerləşən bu teleskop özünün ilk iş həftəsində yer kürəsinin bütün astronomiya tarixi ərzində toplanmış olan məlumatdan daha çox məlumat toplaya bilmişdi. Indi, üstündən on il keçdikdən sonra onun nəhəng arxivində 140 terebayt həcmində informasiya saxlanılır.
Large Synoptic Survey Telescope-un davamçısı 2016-cı ildə Çilidə bu axına qoşulmağı öz öhdəsinə götürüb və həmin miqdarda informasiyanı cəmi beş günə toplayacağına boyun olub.
Belə astronomik həcmdə informasiya kütləsinə daha yaxında, yəni yer kürəsinin özündə də rast gəlmək olar. Pərakəndə satış üzrə dünya nəhəngi hesab olunan Wal-Mart bir saat ərzində 1 milyondan daha çox müştəri əməliyyatlarını idarə edir, onların məlumat bazalarının həcmi 2,5 petabayt qiymətləndirilir ki, bu da America’s Library of Congress (ABŞ Konqres Kitabxanası) kitablarının həcmindən 167 dəfə daha çoxdur. Facebook sosial internet şəbəkəsi 40 milyarddan artıq fotoya ev sahibliyi edir. Əgər insan genetikasının dekodlaşdırılması 3 milyard insanın (cütlüyün) cəlb olunmasını tələb edirdisə və ilk dəfə 2003-cü ildə bunu etmək üçün on il vaxt sərf olunmuşdursa, indi bu nəticəni cəmi bir həftə ərzində əldə etmək mümkündür.
Bütün bu nümunələr bizə eyni bir əhvalatı danışır: yer kürəsi təsəvvür edilməz dərəcədə böyük miqdarda rəqəmsal informasiyaya malikdir və bu miqdar gündən-günə daha sürətlə böyüyür və artır. Bu, əvvəllər edilməsi qeyri-mümkün olan bir çox şeyləri etmək imkanı verir: biznes sövdələrini proqnoz verməklə qabaqcadan görmək, fəlakətlərin qarşısını almaq, cinayətkarlığa qarşı mübarizə və s. Yaxşı idarə olunan məlumatlar yeni iqtisadi gəlir mənbələrini tapmaq üçün yaxşı bir açar rolunu oynaya, elmləri təzə təşəbbüslər, mahiyyətlərlə təchiz edə, həmçinin dövlətlərə büdcəyə nəzarət etməyə kömək edə bilər.
Lakin çoxsaylı yeni problemlərin yaranması da istisna deyil. İnformasiyanın ələ keçirilməsi, emal edilməsi və paylaşması -alətlərinin-sensor, kompüter, mobil telefon, öncədən mövcud olan saxlama məkanının olması, həmçinin bu kimi digər vasitələrinin bolluğuna baxmayaraq, gündən-günə artan informasiyanın təhlükəsizliyinin təmin edilməsi və məxfiliyin qorunması getdikcə daha da çətinləşir, belə ki, dünya üzərində paylanılan informasiya hər dəfə öz sərhədlərini genişlədir.
Cohns Hopkins Universitetinin astrofiziki Aleks Szalay qeyd edir ki, informasiyanın səpələnməsi onu getdikcə daha əlçatmaz edir. Bütün bu informasiyanı necə qavramaq olar? Insanlar bizim gələcək nəsli necə yetişdirdiyimiz barədə narahat olmalıdırlar, söhbət təkcə elm xadimlərindən getmir, bura həm dövlət işçiləri, həm də sənaye sahəsində işləmək istəyənlər aid edilməlidir, – deyə, o qeyd edir. Biz informasiya baxımından çox fərqli bir dövrdəyik- informasiya cəmiyyəti haqqında 20-dən artıq kitab müəllifi olan, IBM-li Ceyms Korta da belə qənaətdədir. Berklidəki Kaliforniya Universitetinin kompüter texnologiyaları üzrə alimi Joe Hellerstein isə bunu belə adlandırır: Məlumatın sənaye çevrilişi. Bu təkan elmdən biznesə, hökumətdən incəsənətə qədər hər yerdə hiss ediləcək. Alimlər və kompüter mühəndisləri yeni bir fenomen – böyük məlumat üzərində baş sındırılar.
Etimoloji cəhətdən yanaşsaq, informasiya bilik və məlumatların toplusundan əldə olunur. Bilik özü də informasiyanın müəyyən bir səviyyəsidir. Lakin bu məruzədə məlumat və informasiya qarşılıqlı dəyişə bilən şəkildə götürülmüşdür, çünki nə qədər mübahisə doğursa da, onların hər birini digərindən ayrı öyrənmək mümkün deyil. Bu gün biz alqoritmlərə və ya güclü kompüterlərə nə qədər xam məlumat daxil etsək də, onlar bizə onun gizli saxlanılan tərəflərini açaraq tədqiq etmək imkanı verir.
İnformasiya menecmenti biznesi- müxtəlif təşkilatlara onların göndən-günə böyüyən informasiyadan baş çıxarmağa kömək edir. Yaxın illərdə Oracle, IBM, Microsoft və SAP öz aralarında informasiya analizində və idarə olunmasında ixtisaslaşmış software (proqram təminatı) firmalarının alınmasına 15 milyard dollardan artıq vəsait sərf etmişlər. Bu sənaye sahəsi 100 milyard dollardan böyük olan bir məbləğdə dəyərləndirilir və onun ildə 10% sürətlə böyüdüyü qeyd olunur. Kobud desək, bu ümumilikdə proqram təminatının artım tempindən iki dəfə daha sürətlidir.
İnformasiya texnologiyaları üzrə baş direktorlar (CİOs) icra keysində daha çox şey vəd edən bir sahəyə çevrilmişdir, eyni zamanda ortaya yeni peşə növləri çıxmışdır ki, bunlar da məlumat emalı üzrə alim adlanır. Onlar özlərində proqram təminatçısının, statistikin və naratorun – məlumat dağlarının altında gizlənmiş qızıl yataqlarını tapıb-çıxarmaq bacarıqlarını birləşdirirlər. Google-un iqtisadi işlər üzrə direktoru Halvarianın sözlərinə əsasən, statistik peşəsi yaxın zamanlarda ən cəlbedici peşəyə çevriləcəkdir. Məlumat əslində hər yerdə əldə edilə bilər. Çətini ondan müdrikliklə istifadə edə bilməkdir.
Hər şeydən daha çox
İnformasiya partlayışı üçün bir sıra obyektiv səbəblər mövcuddur. Bunların içində ən bariz olan texnologiyadır. Rəqəmsal avadanlıqların tutumlarının yüksəlməsi, lakin qiymətlərin azalması, sensorlar və yaddaş kartlarının kütləvi istehsalı informasiyanı əvvəllər mümkün olmayan qədər əldə edilə bilən edir. Getdikcə daha çox insanın daha güclü alətlərdən istifadə etmək imkanı yaranır. Məsələn, dünya üzərində 4,6 milyard mobil telefon istifadəçisi qeydiyyatdadır (baxmayaraq ki, əksəriyyətin telefonu birdən daha çoxdur, bu onu göstərir ki, 6,8 milyard insan telefonla heç də bu rəqəmlərin göstərdiyi kimi yaxşı təchiz olunmayıb). İnternetdən istifadə edən insanların sayı isə 1-2 milyard arasında dəyişir.
Bundan əlavə, hal-hazırda informasiya mübadiləsi edən insanların sayı daha çoxdur. Mr Kortada qeyd edir ki, 1990 və 2005-ci illər arasında 1milyarddan çox dünya əhalisi orta təbəqəyə daxil olmuşdur. Onlar daha zəngin olduqca, həmçinin daha savadlanırlar, bu da informasiyanın böyüməsi üçün bir yanacaq rolu oynayır. Nəticələr özünü siyasət, iqtisadiyyat və hüquq sahəsində daha yaxşı göstərir. Nyu-York Universitetinin biznes professoru Sinan Aral deyir ki, elmdə inqilabın baş verməsi üçün o zaman zəmin yaranır ki, ölçü meyarlarda inqilab baş versin. O izah edir ki, necə ki mikroskopun ixtirasından sonra hüceyrənin kəşfi ilə biologiya elmində, elektron mikroskopun yaranması ilə fizika elmində dəyişikliklər baş verdi, eləcə də ətrafda dövr edən məlumatlar sosial elmlərin dirçəlməsinə şərait yaradır. Indi tədqiqatçılar insanların nəinki fərdi səviyyədə, həm də kütləvi halda davranışın dərk etmək iqtidarındadır.
Rəqəmsal informasiyanın həcmi hər beş ildən bir on dəfələrlə artır. İndi kompüter sənayesində böyük önəm verilən Moore qanununa əsasən kompüter çiplərin istehsal gücü və yaddaş tutumu hər 18 aydan bir iki qat artır, qiymətlər isə yarıbayarı azalır. Proqram təminatları da getdikcə yaxşılaşır. Prinston Universitetinin kompüter texnologiyaları üzrə alimi Edvard Felten hesab edir ki, kompüter tətbiq etmələrinin həyata keçirilməsində alqoritmlərdə əldə olunmuş irəliləyişlər on illər ərzində Moore qanununun ən vacib hissəsi kimi mühüm rol oynamışdır.
İnformasiyanın böyük bir hissəsi artıq paylanmışdır. Kommunikasiya mexanizmlərinin yaradıcısı olan Ciscoya əsasən 2013-cu ilə qədər internet üzərindən illik daşımaların həcmi 667 eksabayta çatacaqdır. Həmçinin də, məlumatın kəmiyyəti, miqdarı internet şəbəkəsinin gücündən daha sürətlə böyüdüyü üçün heç də onun bütünlüklə daşınması mümkün olmur.
İnsanlar artıq uzun müddətdir gileylənirlər ki, informasiya altında boğulurlar. Hələ keçmişdə 1917-ci ildə Konnektikut manufaktura firmasının menecerlərindən biri telefonun mənfi cəhətlərindən şikayətlənərək demişdi ki, vaxt itir, dolaşıqlar baş verir və çoxlu pul xərclənir. Lakin indi baş verən hadisələr daha böyük addımlarla müşahidə olunur. Kəmiyyət dəyişiklikləri artıq özünü keyfiyyət fərqində göstərməyə başlamışdı.
İnformasiyanın gizli məkandan aşkarlığa, yəni yerin altından səthinə doğru yerdəyişməsi böyük müsbət dəyişikliklər doğurmuşdur. Bizim gördüklərimiz – məlumat ətrafında mənfəət əldə etmək bacarığı deməkdir –mənə görə bu həm ictimai, həm də makroiqtisadiyyat səviyyəsində böyük bir dəyişiklik deməkdir, – Microsoftun strategiya və tədqiqat departamentinin rəhbəri Kraiq Mundien belə düşünür. Məlumat biznesin yeni xammalına çevrilməkdədir. Bu iqtisadi yatırım demək olar ki, kapital və əməklə bərabər tərəzinin eyni gözünə qoyulur. Mən hər gün yuxudan duraraq soruşuram, necə edə bilərəm ki, məlumatı daha yaxşı üsulla əldə edim, onu daha yaxşı emal edim, daha yaxşı idarə edim və ya onu daha yaxşı təhlil edim? – Wal-Martın İnformasiya
Texnologiyaları üzrə direktoru Rollin Ford söyləyir.
İndi çətin və hərtərəfli kəmiyyət analizləri keçmişdə olduğu kimi, yalnız raket trayektoriyalarına və ya maliyyə strategiyalarında deyil, həyatın ən müxtəlif aspektlərinə tətbiq olunur. Məsələn, Microsoft axtarış maşını Bingin bir hissəsi olan Farecast 225 milyard miqdarında uçuşu və qiymətli hesabatları analiz etdikdən sonra alıcılara biletin indi alınmasını və ya aşağı düşməsini gözləməyin daha sərfəli olmasına dair məlumat verə bilər. Eyni ideya otel otaqlarına, maşınlara və digər oxşar obyektlərə də şamil edilə bilər. Şəxsi maliyyə vebsaytları və banklar müştərilər haqqında məlumat bazalarını birləşdirərək makroiqtisadi tendensiyaları izləmək şansı əldə edirlər ki, bu da öz-özünə inkişaf edən köməkçi biznes sahələrinin yaranmasına imkan verir. Rəqəm doğrayan maşınlar hətta Yaponiya Sumo güləşindəki mübarizənin nə yerdə olduğunu da öyrənməyə icazə verir.
Tullantıdan qızıla
Məlumatın təhrif edilməsi internet istifadəçilərinin öz arxalarında buraxdığı təmas (klik) izləri internet üzərindən iqtisadiyyatın əsas gəlir mənbəyini təşkil edir. Bunun ən parlaq nümunəsi Google axtarış maşınıdır. Bu onun başlıqlar üzərində klik etməklə əlaqəli saytı axtarmaq üsuludur. Əgər bu səkkiz sayt ən çox axtarılanlar içərisindədirsə, yəni insanlar ən çox onlara müraciət edirsə, Google alqoritmi onları ilkin olaraq, digər saytlardan öncə təqdim edir.
Dünya getdikcə daha rəqəmsal olduğu üçün, məlumatların bu cür əlaqələnməsi və analiz edilməsi digər sahələrdə nəhəng gəlirlər qazanılması imkanı verir. Məsələn, Microsoft-dan olan Mr Mundie və Google-un rəhbəri Eric Schmidt qarşılarında duran başlıca məsələ kimi amerikanların sağlamlıq durumunu göstərirlər. Hələ bu prosesin lap başlanğıc mərhələsində Erik və mən demişdik: Baxın, əgər siz doğurdanda sağlamlığa qayğını dəyişmək istəyirsinizsə, onda siz insanlarla əlaqəli olan məlumat əsnasında və bu məlumatın ətrafında səhiyyə iqtisadiyyatı qurursunuz, – deyə Mr Mundie izah edir. Siz məlumata təkcə sağlamlıq təminatı xidmətlərinin təchizatı haqqında xəbər verən bir vasitə kimi baxmayacaqsınız, onlar sağlamlıq təminatının hər bir aspektini inkişaf etdirmək üçün sizin üçün bir başlanğıc məntəqəsi rolunu oynayacaq. Bu, sərmayənin sanki cüzi bir damlasıdır.
Daha dəqiq desək, rəqəmsal qeydlər həkimlərin həyatını daha asan etməlidir, təchizatçılar üçün daha aşağı qiymətlər və imtiyazlar gətirməlidir, həmçinin sağlamlığa qayğının keyfiyyəti yüksəlməlidir. Ümumilikdə götürdükdə məlumatlar dərman preparatlarının xoşagəlməz fəsadları barədə vaxtında xəbər tutmaq, həmçinin ən yaxşı müalicə üsullarını ortaya çıxartmaq, hər hansı bir xəstəliyin simptomları üzə çıxmadan onu görə bilmək imkanı verir. Kompüterlər yarananda bu məqsəd nəzərə alınsa da, bu vəzifənin öhdəsindən gəlmək üçün məxsusi proqramlar da yazılmalıdır. Böyük məlumat dünyasında qarşılıqlı əlaqələr artıq öz-özünə cücərməyə başlamışdır.
Bəzən bu informasiya lazım olduğundan daha çox nüansları ortaya çıxara bilər. Məsələn, Kaliforniya ştatının Oakland şəhərində həbslərin nə zaman və nə vaxt həyata keçirilməsinə dair məlumatlar Oakland Crimespotting şəxsi veb saytında yerləşdirilirdi. Cəmi bir neçə toxunuş nəticəsində müəyyən etmək mümkün olur ki, polislər cümə axşamı istisna olmaqla, hər gecə küçələri əxlaqsız qadınlardan təmizləyirlər, lakin dördüncü gün bu əməliyyatların keçirilməməsinin yazılması bəlkə də onlar tərəfindən tətbiq edilən xüsusi bir taktiki gediş idi.
Lakin böyük məlumatın fəsadları bundan da ciddi ola bilər. Hətta baş vermiş sonuncu maliyyə böhranı da göstərdi ki, , banklar və digər təşkilatlar müştəriləri özləri haqqında çoxlu informasiya verməsini təmin edən proqramlara istinad etsələr də, bu onların gerçək maliyyə durumu haqqında məlumat almağa imkan vermirdi. Bu böyük pulların yandığı ilk böhran idi, lakin axırıncı deyildi.
İnformasiyanın idarə olunması üsulları həyatın bütün sahələrinə öz təsirini göstərir. 20-ci yüzillik döngəsində teleqraf və telefon kimi kanallar vasitəsi ilə müşahidə olunan informasiya axını kütləvi istehsalın yaranmasına xidmət edirdi. Bu gün çox zəngin informasiya əldə etməyin mümkünlüyü müəssisələrə hətta xırda bazarlarda ixtisaslaşmaq imkanı verir. İqtisadi istehsal bir qayda olaraq fabriklərə – yəni menecerlərin istehsalı daha səmərəli etməsi üçün hər bir detala, maşına və prosesə diqqət yetirdiyi bir məkana əsaslanırdı. İndi statistiklər yeni biznes ideyaları üçün gərəkli olan informasiyanı axtarmaqla məşğuldurlar.
Məlumat üzərində mərkəzləşmiş iqtisadiyyat hələ yeni yaranmaqdadır, – deyə, Microsoft-lu Mr Mundie bildirir. Siz yalnız onun cizgilərini görə bilərsiniz, lakin onun texniki, infrastruktur və hətta biz modeli də bugünkü an üçün hələ tam dərk olunmayıb. Bu xüsusi məruzə sizə onun məhz üzə çıxdığı yerə istiqamət götürməyə kömək edəcək.