15 C
Baku
Wednesday, April 24, 2024

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında dəyişiklik edilib

Prezident İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

“Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru.”.

Bu vəzifədə hazırda Rasim Əliquliyevdir.

Qeyd edək ki, Koordinasiya Komissiyasının sədri Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisidir.

Müvinlər isə aşağıdakılar hesab edilir:

  • Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
  • Daxili işlər nazirinin müavini
  • Müdafiə nazirinin müavini
  • Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
  • Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
  • Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) sədrinin müavini.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər