Maliyyə Bazarlarına Nəzarət Palatası
İnformasiya Texnologiyaları idarəsinin Rəisi
Namizədə dair tələblər
– Tam ali təhsil (İqtisadiyyat, İT);
– Analoji sahə üzrə 7 illik iş təcrübəsi; idarəetmə təcrübəsi;
– Səlis Azərbaycan, rus və ingilis dili bilikləri;
– AİS-in idarə edilməsi sahəsində müasir proqram və texniki platforma üzrə nəzəri və praktiki biliklər;
– informasiya sistemlərinin yaradılması üzrə layihələrin idarə edilməsi, texniki şərtlərin hazırlanması və müasir ofis proqram təminatları üzrə biliklər;
– normativ-metodoloji bazanın yaradılması, informasiyaların idarə edilməsi və resursların planlaşdırılması üzrə biliklər.
İşin təsviri:
– İT idarəsinin işini təşkil edir və ona rəhbərlik edir;
– İT layihələrinin icrasına nəzarət edir;
– İT üzrə daxili qayda və təlimatların hazırlanmasını təmin edir;
– Sistem və verilənlər bazasının təhlükəsizliyini təmin edir.
Qeyd:
Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E – mail : [email protected]
www.fimsa.az