18 C
Baku
Thursday, May 30, 2024

İnformasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqısı açıqlandı

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda İnformasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqısı 1 337.5 manat təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövründə bu sektorda çalışanların orta aylıq əməkhaqqısı 1 178.7 manat olub ki, bu da illik müqayisədə 13.5% artım deməkdir.

O cümlədən nəşriyyat fəaliyyəti sahəsində çalışanların orta aylıq əməkhaqqısı 613.7 manat (əvvəlki ilə nisbətən 21% çox), kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət sahəsində çalışanlarda 924.5 manat ((əvvəlki ilə nisbətən 11% çox), proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət sahəsində çalışanlarda 924.9 manat (əvvəlki ilə nisbətən 5.3% çox), rabitə sahəsində 1 511.9 manat (əvvəlki ilə nisbətən 15.4% çox), proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət sahəsində 1 690.8 manat (əvvəlki ilə nisbətən 7.8% çox), informasiya xidmətləri fəaliyyəti sahəsində 1 316.5 manat (əvvəlki ilə nisbətən 15.3% çox) təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər