Respublikaçıların həm Ağ Evi, həm Senatı, həm də Nümayəndələr Palatasını qazandığı “tam qələbə” ssenarisi reallaşmazsa, dollar ucuzlaşa bilər.
Banker.az xəbər verir ki, bu barədə Wall Street Journal yazıb.
“ING” analitiki Kris Turnerin qeydində “çətin nəticə” olaraq Donald Trampın prezident seçilməsinə baxmayaraq Nümayəndələr Palatasını qazana bilməməsi və ya seçkilərin mübahisəli olması göstərilir.
O, əlavə edir ki, Beynəlxalq Valyuta Fondu yaxınlarda xəbərdarlıq edib ki, əgər Tramp yeni tariflər tətbiq edərsə və bunu vergi güzəştləri ilə kompensasiya edə bilməzsə, ABŞ iqtisadiyyatı əhəmiyyətli dərəcədə zəifləyə bilər.
“Bu səbəbdən və seçkiyə qədər bazar mövqelərini nəzərə alsaq, [Respublikaçıların] tam qələbəsi olmadıqca dolların ucuzlaşacağı ehtimal edilir”.