23 C
Baku
Monday, July 15, 2024

İngiltərə Mərkəzi Bankı son 33 ilin ən böyük faiz artımına gedə bilər

BANKER.AZ — Birjalar İngiltərə Bankının (İngiltərə Mərkəzi Bankı) cümə axşamı günü faiz dərəcələrini 75 baza bəndi artıracağını gözləyir ki, bu da 1989-cu ildən bəri ən böyük artım kimi tarixə düşəcək.

Bununla da uçot faizi 3.00%-ə çatmış olacaq.

Lakin iqtisadçılar tənəzzül perspektivi dərinləşdikcə siyasətçilərin irəliyə baxaraq “göyərçin” (şahin çıxışın əksi) bir tonda olacağına inanırlar.

Böyük Britaniyada inflyasiyanın sentyabr ayında 40 ilin ən yüksək həddi olan 10.1%-lə davam etməsi ilə mərkəzi bankın ardıcıl səkkizinci dəfə uçot faiz dərəcəsini və ya ingilislərin özlərinin dediyi kimi “əsas kredit faiz” dərəcəsini artırmalı olacaq, amma iqtisadi artım tempinin zəifləməsi və fiskal siyasətdə əsas dəyişikliyin aqressiv monetar siyasətə tələbin daha çox azalacağı gözlənilir.

Yeni Baş nazir Rişi Sunak, sələfi Liz Trussın maliyyə siyasəti gündəminin mərkəzində olan mübahisəli vergi endirimlərini ləğv etdi, bu da fiskal və pul siyasətində onunla əks itiqamətdə dayanması anlamına gəlir.

Bazar gərginliyini azaldan hökumətin dönüşləri o deməkdir ki, İngiltərə Bankının Pul Siyasəti Komitəsi hökumət siyasətinin əlavə inflyasiya təsirinə qarşı durmaq məcburiyyətində qalmayacaq, çünki bu, qarşıda daha zəif artım ehtimalı nəzərə alınmalıdır.

“Wall Street” (Nyu-Yorkda küçənin adı) nəhəngi “Goldman Sachs” hesab edir ki, İngiltərə Mərkəzi Bankı uçot faiz dərəcəsini 75 baza bəndi artıma gedə bilər, lakin ardıcıl olaraq bu şəkildə artımlar üçün iqtisadi imkanlar məhduddur. Dekabrda daha 50 baza bəndlik atıma getməsi də mümkün sayılır.

 

 

Son xəbərlər
Digər xəbərlər