27 C
Baku
Saturday, April 27, 2024

İngiltərə Bankı: B. Britaniya tənəzzülün baş verməsini gözləyir

İngiltərə Bankının hesabatına görə, ölkənin iqtisadi artımındakı yavaşlama dördüncü rübdə başlayacaq və 2023-cü il boyu davam edəcək. Bir gün əvvəl tənzimləyicinin Pul Siyasəti Komitəsi uçot dərəcəsini 50 baza bəndi artırmağa səs verib. Qərar yüksək inflyasiya (9.4%) ilə əlaqəli olub.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İnflyasiyanın daha da 13.3%-ə yüksələcəyi proqnozlaşdırılır. 2023-cü ildə qiymətlər təxminən bu səviyyədə qalacaq. Mütəxəssislər iki il ərzində inflyasiyanın 2%-lik hədəfinə çatacağını gözləyirlər.

Böyük Britaniya və Avropada inflyasiya təzyiqləri may ayında pul siyasəti hesabatının son buraxılışından sonra əhəmiyyətli dərəcədə artmışdır. Tənzimləyicinin məlumatına görə, buna Rusiya qazının Avropaya tədarükünün məhdudlaşdırılması səbəbindən topdansatış qaz qiymətlərinin artması səbəb olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər