8 C
Baku
Monday, November 18, 2024

İngiltərə Bankı faiz qərarını verdi

İngiltərə Bankı (Mərkəzi Bank – BoE) uçot faiz dərəcəsinə dair qərar verib.

Banker.az bankın press-relizinə istinadən xəbər verir ki, uçot faiz dərəcəsi 5.25%-də sabit saxlanılıb.

Mərkəzi Bankın Pul Siyasəti Komitəsinin üzvlərindən 7-si faizlərin dəyişməz və 2-si isə endirilməsinə səs verib.

İllik inflyasiyası may ayında Pul Siyasəti Hesabatının proqnozuna yaxın olub. Belə ki, martda 3.2% olan illik inflyasiya mayda 2.0%-ə düşüb.

“Qısamüddətli inflyasiya gözləntilərinin göstəriciləri də, xüsusən də ev təsərrüfatları üçün mülayim olmağa davam etmişdir. Keçən il enerji qiymətlərindəki enişlər illik müqayisədən kənara çıxdığından, bu ilin ikinci yarısında istehlak qiymətləri indeksinin bir qədər yüksələcəyi gözlənilir”- deyə, BoE press-relizdə bildirib.

BoE əsas iqtisadiyyatların mərkəzi banklarında faiz artımı ilə bağlı daha erkən verən tənzimləyicidir. BoE 2021-ci ilin dekabrında 0.1% uçot faiz dərəcəsini 2023-cü ilin avqustunda 5.25%-ə qaldırıb.

Bank press-relizdə bildirir ki, Böyük Britaniyanın ÜDM-i bu ilin birinci yarısında gözləniləndən daha güclü artıb. Bununla belə, biznes sorğuları rübdə təxminən 0.25% olan əsas artımın daha yavaş tempinə uyğun olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər