10 C
Baku
Thursday, December 12, 2024

İngiltərə Bankı kriptoinvestorlara hər şeyi itirmək riski barədə xəbərdarlıq etdi

İngiltərə Bankı rəhbəri Endrü Beylinin sözlərinə görə, kriptovalyutaların daxili dəyəri yoxdur və bu səbəbdən onlara sərmayə qoyan insanlar hər şeyini itirməyə hazır olmalıdırlar.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir ki, beyli insanların rəqəmsal valyutaları yalnız xarici dəyərinə görə qiymətləndirə bildiyini vurğulayır.

“Bunu bir daha açıq şəkildə söyləyəcəyəm. Kriptovalyutaları yalnız hər şeyi itirməyə hazır olduğunuz təqdirdə alın”, – deyə tənzimləyici bildirir.

Eyni zamanda Endrü Beyli bitkoinin sabit əmanət vasitəsi və ya transaksiyalar aparmaq üçün effektiv alət ola biləcəyini qeyd edir. Onun fikrincə, bu kriptovalyuta ödəniş vasitəsi kimi əlverişsizdir və investorlar üçün çox risklidir.

Xatırladaq ki, buna bənzər xəbərdarlıq İngiltərə Maliyyə Nəzarəti İdarəsi (FCA) tərəfindən bildirilib. Qurum rəqəmsal aktivlərə investisiya qoymağın yüksək risklərlə əlaqəli olduğunu etiraf edib.

Son xəbərlər
Digər xəbərlər