26 C
Baku
Friday, April 19, 2024

İngiltərə bankı nədən ehtiyat edir?

İngiltərə Bankı vətəndaşlar tərəfindən ipoteka kreditlərinə həddindən artıq yüksək marağın qarşısını almaq üçün ipoteka kreditləşməsi meyarlarını sərtləşdirib.

Bu onu sübut edir ki, britaniyalı tənzimləyici daşınmaz əmlak bazarında yaranmış canlanmanın iqtisadiyyata böyük risk doğuracağından ehtiyat edir.

Hazırda ipoteka kreditləri üzrə borc öhdəliyi Britaniya maliyyə sisteminin sabitliyinə o qədər də çox təhlükə doğurmur. Lakin Britaniya Mərkəzi bankı istənilən halda risklərdən qorunmaq üçün kreditləşmə standartlarını çətinləşdirmək qərarına gəlib.
Yeni şərtlərə əsasən, borcalanın əmək haqqısından 4,5 dəfə çox olan məbləğ üçün maliyyə institutunun bütün ipoteka kreditlərinin 15%-dən çox olmamalıdır.

Bundan əlavə, İngiltərə bankı banklardan faiz dərəcələrinin yüksəldilməsi halında borcalanın kredit ödəmə qabiliyyətini ciddi şəkildə yoxlamağı tələb etmişdir.

Son xəbərlər
Digər xəbərlər