İngiltərə uzun da olsa dayaz bir tənəzzülə doğru getsə belə və istehlakçıların uzunmüddətli yaşayış böhranı ilə üzləşdiyinə baxmayaraq, İngiltərə Bankı (BoE) inflyasiya ilə mübarizə aparmaq üçün faiz artımı ilə mübarizə aparacaq. Banker.az xəbər verir ki, bu barədə Reuters iqtisadçılar arasında apardığı sorğudan sonra bu nəticəyə gəlib.
Birləşmiş Krallığın maliyyə naziri Ceremi Hant bnildirmişdi ki, hökumət büdcəsindəki 50 milyard funt-sterlinq (57.5 milyard ABŞ dolları) kəsiri aradan qaldırmaq üçün vergiləri artırmağa hazırlaşır. Bunun üçün hamı daha çox vergi ödəməli olacaq.
Noyabrın 18-22-də keçirilmiş sorğunun nəticələrinə görə, bu ayın əvvəlində uçot faiz (əsas) dərəcəsi 75 baza bəndi əlavə etdikdən sonra Pul Siyasəti Komitəsi dekabrın 15-də daha təvazökar olaraq 50 baza bəndi əlavə edərək onu 3.50%-ə çatdıracaq.
(100 baza bəndi=1 faiz bəndi)
Öncəki ay – oktyabrda keçirilən sorğuda isə 2022-ci ili 3.75% səviyyəsində başa vuracağı gözlənilirdi.
Sorğuda iştirak edən respondentlərin 75%-dən çoxu, 56 nəfərdən 43-ü 50 baza bəndini seçərkən, 13-ü isə 75 baza bəndini seçib.
Analitiklər düşünür ki, bunun üçün payız iclaslarında İngiltərə Bankı kifayət qədər əsaslı siqnallar verib və faiz dərəcəsini 50 baza bəndi artımı realdır.
Hantın büdcə planı, keçmiş baş nazir Liz Trussın maliyyələşdirilməmiş vergi endirimlərinin İngiltərənin maliyyə reputasiyasına vurduğu zərbədən sonra gəldi. Bu, ingilis funtunu ABŞ dolları qarşısında tarixin ən aşağı səviyyəsinə endirdi və BoE-ni istiqraz bazarlarını dəstəkləməyə məcbur etdi.
Noyabrın 3-də keçirilən iclasda baş bankir Endryu Beyli əsas faizin 4.70% ətrafında pik nöqtəyə gələ biləcəyinə işarə edib.
ABŞ Federal Ehtiyat Sistemi dörd ardıcıl 75 baza bəndi artım etsə də, gələn ay sürəti 50 baza bəndinə endirəcəyi gözlənilir. Yəni uçot faiz dərəcəsi 4.50% təşkil edəcək.
BoE tərəfindən dekabr ayında edilən hərəkət, gələn rübdə keçiriləcək iki iclasında daha bir 75 baza bəndi yüksəlişi ilə izləniləcək, sorğu Bankın daha sonra keçən ay verilən terminal dərəcəsinə uyğun olaraq 4.25% səviyyəsində fasilə verəcəyini irəli sürdü.
İndi İngiltərə Bankının dilemması ondan ibarətdir ki, inflyasiyanın 2%-lik hədəfindən 5 dəfə çox – oktyabrda 11.1% səviyyəsindədir və ən azı 2025-ci ilə qədər hədəfə çatması gözlənilmirdi, lakin ölkə resessiyaya girdiyi üçün faiz dərəcələrini artırır.