İngiltərə Bankının (BoE, Mərkəzi Bank) bu gün keçirilən iclasında uçot dərəcəsinin 0,1% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Tənzimləyici qurum həmçinin aktiv alışı üzrə öhdəliyini də dəyişməyərək 745 milyard funt sterlinq saxlayıb.
“İnflyasiya hədəfində ciddi irəliləyişə nail olana qədər pul siyasətində sərtləşdirmə olmayacaq”, – deyə BoE-nin açıqlamasında qeyd edilib