İngiltərə Bankı uçot faiz dərəcəsini 4.5%-dən 5%-ə qaldırıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Böyük Britaniyanın Pul Komitəsinin iki üzvü uçot faiz dərəcəsinin artırılmasının əleyhinə səs verib.
Qeyd edək ki, əksər analitiklər və iqtisadçılar 0.25% artım proqnozlaşdırmışdılar.
Beləliklə, ardıcıl on üçüncü iclasın nəticələrinə görə uçot dərəcəsi artırılıb.








