Bu ilin sentyabr ayından İngiltərə Bankı işçilərinin iş saatlarını dəyişdirəcək.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Verilən məlumata görə, onlara həftədə yalnız bir gün ofisdən işləməyə icazə veriləcək. Açıqlama bankın əməliyyat direktoru Coanna Pleys tərəfindən verilib.
Pandemiya başlayandan bəri İngiltərə Bankının işçiləri evdən çalışır, onların cəmi 5%-i ofisi gedib-gəlir. Xatırladaq ki, pandemiyadan əvvəl bunun tam əksi olub: işçilərin cəmi 5%-i evdən işləyib. Bundan əlavə, bankın hesablamaları göstərir ki, pandemiyadan əvvəl işçilər işə və evə getmək üçün gündəlik minimum 10 min saat vaxt sərf edirdilər.
Hələki test rejimində tətbiq olunacaq yeni qaydalara uyğun olaraq, işçilər yalnız ümumi tədbirlərin keçirildiyi günlərdə ofisə gəlməyə məcburdurlar. Digər günlərdə onlar ofisə gəlməyə və ya evdən işləməyı görə özləri qərar verirlər. Bank ofisə gələn işçi sayının tədricən artacağını gözləsə də, bunun tezliklə baş vermə ehtimalının olmadığını qeyd edir.