22 C
Baku
Thursday, April 25, 2024

İngiltərə bankının qızıl xəzinəsi

İngiltərə bankı 16-cı əsrin sonlarında kommersiya bankı kimi yaradılmışdı. İkinci dünya müharibəsindən sonra isə bu bank milliləşdirilmişdi. 1997-ci ildə İngiltərə bankı mərkəzi bank funksiyalarına sahib müstəqil ictimai təşkilata çevrildi. Hazır ki günümüzdə bu bank Birləşmiş Krallığın maliyyə-kredit siyasətini həyata keçirir və dünyanın ən nəhəng qızıl saxlanılan xəzinələrindən hesab olunur.

Hazırda Britaniya requlyatorunun qızıl ehtiyatı 300 milyard dollara bərabərdir. Burada saxlanılan külçələri aşağıdakı şəkillərdən görmək mümkündür. Bu şəkillər İngiltərə bankının qızıl saxlanılan kamerasında çəkilmişdir. Bu gün burada ümumilikdə 4600 ton sarı metal saxlanılır. 24 karatlıq 12,7 kq-lıq külçələr xüsusi stellajlarda qorunub saxlanılır. Hər bir stellaja dəyəri 3 milyard dollar olan 210 ton qızıl yerləşə bilər. Burada saxlanılan külçələr müxtəlif ölkələrə məxsusdur. Onların bəziləri hətta 100 il bundan qabaq bura gətirilib.

Qızıl saxlanılan bu kameralar əvvəllər bank əməkdaşları üçün nəzərdə tutulmuş yeməkxana ərazisində, demək olar ki, Londonun mərkəzində yerin çox dərinliyində yerləşir. İkinci Dünya müharibəsi zamanı bu yeraltı məkan alman təyyarələrinin atdığı bombalardan qorunmaq üçün istifadə olunurdu.

Özündə çox böyük dəyər qorumasına baxmayaraq bu məkan olduqca sadədir. Bu kameranın nəhəng qapısı böyük 90 santimetrlik açar ilə açılır.

Qızıl ehtiyatı Britaniya hökumətinin pul siyasətinin həyata keçirilməsi prosesində vacib rol oynayır. İngiltərə bankı qızıl əməliyyatları yolu ilə məzənnənin sabitliyini və milli valyutanın alıcılıq qabiliyyətini təmin edərək, milli və dünya maliyyə sisteminin sabitliyini dəstəkləyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər