8 C
Baku
Monday, November 18, 2024

İngiltərə Bankının “qorxaq” mövqeyi funt-sterlinqi son 6 ayın minimumuna salıb

Britaniyada pərakəndə satışların avqust ayında gözləniləndən daha az artdığını göstərməsi ardından ingilis funt-sterlinqi ABŞ dolları qarşısında zəifləyərək 1.2260 dollardan da aşağı enib.

Banker.az xəbər verir ki, Britaniya pərakəndə satışları illik müqayisədə 0.4% artım qeydə alınıb və bu da iqtisadçıların proqnoz etdiyi 0.5%-lik artımdan xeyli aşağıdır.

Məlumatların açıqlanmasından sonra funt sabitləşdi və Bakı vaxtı ilə 11:20 radələrində 0.3% ucuzlaşaraq 1.2252 dollar səviyyələrinə qədər ucuzlaşdı. Avroya qarşı isə 0.86 sterlinq səviyyəsində qalıb.

İngiltərə Bankının faiz dərəcələrini sabit saxlamasından sonra funt sterlinqin məzənnəsi nisbətdə 1.22305 dollar ilə cümə axşamı günü mart ayından bəri ən aşağı səviyyəyə düşüb. Halbuki, iyulun 14-də GBP/USD 1.31 səviyyəsinin üzərinə qədər irəliləmişdi.

Qeyd edək ki, ötən gün İngiltərə Bankı uçot faiz dərəcəsini gözlənilənlərin əksi olaraq 5.25%-də sabit saxladı. İqtisadçılar isə 0.25 faiz bəndi artım gözləyirdilər. Bankın Pul komitəsinin üzvlərinin verdiyi qərardan bəlli olur ki, 9 üzvdən 5-i sabit qalmasını və 4 isə artımı dəstəkləyib.

 

Son xəbərlər
Digər xəbərlər