14 C
Baku
Sunday, November 23, 2025

İngiltərə dünyanın ən yaxşı universitetlərinin məzunlarına vizaların verilməsini sadələşdirəcək

İngiltərə hökuməti “yüksək potensial” göstərən immiqrantlar üçün ölkəyə girişi “maksimum dərəcədə sadələşdirən” yeni qaydalar tətbiq edəcək. Banker.az “Forbes”ə istinadən xəbər verir ki, bu barədə ölkənin biznes, energetika və sənaye naziri Kvasi Kvartenqin təqdim etdiyi innovativ strategiyanın mətnində deyilir.

Qeyd olunur ki, dünyanın ən yaxşı universitetlərindən məzun olan immiqrantlar İngiltərədə iş təklifi olmadan belə viza ala biləcəklər. Bununla yanaşı, İngiltərə hökuməti “digər yüksək potensial xüsusiyyətləri” olanlar şəxslərin də viza almaq imkanlarını araşdıracaq.

İngiltərənin bu strategiyası ölkəni 2035-ci ilə qədər qlobal innovasiya mərkəzinə çevirməyi hədəfləyir. Söhbət “bütün müəssisələrin dünya səviyyəli elmi nailiyyətləri yeni məhsul və xidmətlərə çevirə bilməsi üçün uyğun şəraitin yaradılmasından” gedir. Eyni zamanda səlahiyyətlilər tədqiqat və inkişaf işlərinə illik sərmayəni 22 milyard funt sterlinqə (təxminən 30.2 milyard dollar) qədər artırmağı planlaşdırırlar.

 

Son xəbərlər
Digər xəbərlər