İngiltərə yerləşən Expanscape şirkəti, yeddi daxili ekranı olan notebook hazırlayıb.
Banker.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Aurora 7” olaraq adlandırılan bu notebook oyunculardan mühəndislərə qədər müxtəlif sahələrdə üstünlüklər təqdim edir.
Expanscape dizaynerləri Aurora 7-nin ekranlarını bir-birinin üstünə qatlana biləcək şəkildə dizayn ediblər. Bu da “notebook”un daşınmasına imkan verir.
Şirkət, istifadəçilərin notebook ekranlarını istədiyi kimi istifadə edilə biləcəyini söyləyib. Beləliklə, iki ekrana ehtiyacınız varsa, yalnız iki ekranı idarə edə bilərsiniz.
Şirkət hələki bu “notebook”un qiymətini açıqlamır.