16 C
Baku
Thursday, April 25, 2024

İngiltərədə “Volkswagen” və daha bir neçə şirkət üçün reklam qadağan edildi

İngiltərədə “Mondelez” , “Volkswagen” və “Nestle” şirkətləri üçün reklam qadağan edildi. Bunun əsas səbəbi kimi şirkətlərin istehsal etdiyi məhsulların reklam roliklərində gender stereotiplərinin istifadəsi göstərilir. Qeyd edək ki, ötən ilin iyun ayında ölkənin qanunvericiliyinə reklamlarda gender stereotiplərinin istifadəsini qadağan edən qanun əlavə edilmişdir.

Banker.az xəbər verir ki, bu haqda The Drum məlumat verir.

“Mondelez” şirkətinin istehsal etdiyi Philadelphia pendirinin reklam rolikində atalar yemək görüb uşaqlarına nəzarət etməyi unudurlar. Bu reklam rolikinə 128 şikayət gəlib.

“Mondelez” in nümayəndələri qeyd edir ki, ataların diqqətini yayındıran əsas amil məhsulun çox cəlbedici görünməsi olub və bu, onların öz övladlarına qarşı məsuliyyətsiz olmaları demək deyil.

“Volkswagen” avtomobil istehsalçısının eGolf modelinin reklam rolikində qayaya çıxan kişi, kosmik gəmidə iki astronavt, ayağı protez olan atlet və oturacaqda uşaq arabası yanında oturan qadın çəkilmişdi. İzləyicilər hesab edirlər ki, bu reklam kişilərin riskə daha çox meylli, qadınların isə həmişə yalnız uşaqlarla məşğul olmasını göstərir.

“Nestle” nin istehsal etdiyi suyun reklamına görə beş nəfər şikayət edib. Reklam rolikində balerina, musiqiçi və qayıq ilə məşq edən idmançı nümayiş olunub. Onların hər biri öz işi ilə məşğul olmaqla yanaşı, ara-sıra butulkadan su içirdi. İzləyicilərin fikrincə, reklamda daha çox kişilərin üstünlük verdiyi idman növləri göstərilib.

2018-ci ildə qüvvəyə minmiş yeni qanun, uşaqların istifadəsi üçün nəzərdə tutulmuş əmtəə və xidmətlərin reklamlarına şamil olunur – indi balaca uşaqları reklamlarda çəkmək olmaz.

Tənzimləyicinin sözlərinə görə, gender stereotipləri uşaqların imkanlarını məhdudlaşdırır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər