10 C
Baku
Thursday, December 12, 2024

İngiltərədən Çinə ilk yük qatarı yola çıxıb

Viski, spirtsiz içkilər, vitamin və körpələrə qulluq etmək üçün lazım olan vasitələri daşıyacaq 30 vaqondan ibarət qatar 12 min kilometrlik məsafəni qət edərək 3 həftəyə mənzil başına çatacaq.

Standford-le-Hope şəhərindən yola düşən qatar Manş tunelini aşaraq Fransaya gedəcək

“Təyyarədən ucuz, gəmidən sürətli”

Belçika, Almaniya, Polşa, Belarus, Rusiya və Qazaxıstandan keçən qatarın son dayanacağı Çinin şərqindəki Yişu şəhəri olacaq.

Qatarı istifadəyə verən DP World London Gateway şirkəti dəmiryolu ilə daşımanın təyyarə nəqliyyatından ucuz, gəmi nəqliyyatından sürətli olduğunu söyləyib.

İpək Yolu-nu canlandırma layihəsi

Yük qatarı Çinin 2 min illik İpək Yolu layihəsini canlandırma məqsədi daşıyan “Bir Qurşaq, Bir yol ” layihəsinin bir hissəsidir.

“Bir Qurşaq” İpək Yolu İqtisadi Qurşağı, “Yol” isə 21 əsr Dəniz İpək Yolunu ifadə edir.

DP World-un baş müdiri Sultan Ahmed Bin Sulayem bunun önəmli bir “ticarət fürsəti'” olduğunu vurğulayıb.

Çindən İngiltərəyə birbaşa yük qatarı 3 ay əvvəl yola çıxmışdı.

MənbəBBC Azəri
Son xəbərlər
Digər xəbərlər