22 C
Baku
Friday, April 26, 2024

İngiltərədən İtaliyaya gedir: ilinə 6,5 mln. avro əmək haqqı ilə

İtaliyanın “Yuventus” klubu İngiltərə “Arsenal”ının futbolçusu Aaron Remsi ilə razılıq əldə edib.

Banker.az bildirir ki, bu barədə  “Cоrriere dello Sport”məlumat yayır.

Məlumata görə, 28 yaşlı uelsli yarımmüdafiəçi yeni komandasında illik 6,5 milyon avro məvacib alacaq. O, mövsüm ərzində matçların 50 faizindən çoxunda forma geyincəyi təqdirdə, əlavə 500 min avro qazanacaq.aron ramsey

“Arsenal” klubu ilə bu ilin iyununa qədər müqaviləsi olan Remsi “Yuventus”a yayda qoşulacaq. Lakin Turin təmsilçisinin rəhbərliyi onun keçidini qış fasiləsində reallaşdırmaq istəyir.

Qeyd edək ki, daha əvvəl “Yuventus”un idman direktoru Fabio Paratiçi Aaron Remsi ilə maraqlandıqlarını təsdiqləyib. Uels yığması 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər