19 C
Baku
Thursday, April 25, 2024

İngiltərənin Ən Yaxşı Universitetləri

İngiltərənin Ən Yaxşı Universitetləri: The Times / Sunday Times Good University Guide 2014

The Sunday Times və The Times qəzetlərinin 2014-ci ildə ortaq hazırladığı araşdırma İngiltərədə bakalavr, magistratura və doktorantura təhsili almaq istəyən namizədlər üçün ən etibarlı qaynaqlardan biri olaraq görülür. Bu ilə qədər The Times və The Sunday Times iki ayrı universitet sıralaması nəşr edərkən, 2014-ci ildə araşdırma əhatəsini daha da genişlədərək İngiltərə universitetlərinə müraciət etmək istəyənlər üçün ətraflı nəticələr ortaya qoydular.

“2014 Good University Guide” araşdırması necə edildi?

The Sunday Times və The Times qəzetlərinin reallaşdırdığı və İngiltərədə ali təhsil sahəsində ən hörmətli və etibarlı araşdırma olaraq qəbul edilən “The Sunday Times Good University Guide” nəticələri 8 ana meyar üzərindən qiymətləndirilir:

universities of the year1

– Tələbə məmnuniyyəti

 – Araşdırma keyfiyyəti

 – Universitetə qəbul olma standartları

 – Məzunların işə düzəlmə imkanları

 – Fərqlənmə və müvəffəqiyyət dereceleriyle məzun olan tələbə sayı

 – Məzuniyyət faizi

 – Tələbə sayına düşən akademik personal

– Bina, təsislər və təhsil imkanları

Keçdiyimiz aylarda açıqlanan nəticələrə görə, Cambridge Universiteti bu il ilk sıradakı yerini təkrar qazandı. Bu sayədə Oxford Universiteti də ikinci sıraya yerləşdi. Bunun kimi kiçik sıralama dəyişiklikləri xaricində 2014-ci ilin siyahılarında ilk 10’daki universitetlərdə keçən ilə görə bir dəyişiklik olmadı.

 The London School of Economics üçüncü sıradakı yerini qoruyarkən St. Andrews keçən ilə görə iki sıra yüksələrək 4-cü sıranı aldı. İlk 10’daki digər universitetlər isə bu şəkildə sıralandı: Imperial College London, Durham, Bath, Exeter, University College London və 10-cu sırada Warwick.

University of Surrey (26 > 12)
University of Coventry (55 > 45)
University of Winchester (75 > 57)
Nottingham Trent University (78 > 61)
York St John University (80 > 64)
Bournemouth University (81 to 67)
Manchester Metropolitan University (102 > 89)
University of Northampton (99 > 59)

gooduniversityguide2014

 Bu araşdırma nəticələrinə görə sizlər üçün bəzi faydalı məlumatları topladıq.

İlin Universiteti: University of Birmingham

birmingham unioftheyear

“Bina,təsislər və təhsil imkanları”

Middlesex University müəssisələrinin və təhsil imkanlarının inkişaf etdirilməsi sahəsində etdiyi sərmayələrlə ölkə daxilində 6-cı sıraya qədər yüksəldi. Tələbə başına 2333£ sərmayə xərcləyərək ilk 5 universitetdən sonra ən çox sərmayə qoyan universitet vəziyyətinə gələn Middlesex, özündən sonra gələn universitetlərə ortalama1000 £ fərq atdı.

“Ən çox inkişaf edən universitet!”

University of Northampton isə 99-cu sıradan 59-cu sıraya yüksəldi və siyahıda böyük sıçrayış edərək ən böyük inkişafı göstərən universitet oldu.

 “İlk 20 universitet arasına girməyi bacaran universitetlər”

University of Surrey, University of East Anglia, University of Birmingham, Newcastle University və University of Sheffield son illərdəki yükləlişlərini davam etdirərək ölkə ümumisindəki ən yaxşı 20 universitet arasına girməyə bacardılar.

Mənbə: http://azerbaijan.studybritish.com

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər