6 C
Baku
Monday, December 16, 2024

İnkişaf etməkdə olan bazarlar arasında ən pis valyutalar açıqlanıb – “Bloomberg”

“Bloomberg” agentliyi inkişaf etməkdə olan bazarlar arasında ən pis valyutaları açıqlayıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Məlumata görə, ilk üçlüyə rubl, türk lirəsi və Argentina pesosu daxil olub.

2023-cü ildə rubl dollar qarşısında 23% zəifləyib. Dünən, avqustun 9-da 25 mart 2022-ci ildən bəri ilk dəfə dollar 97.2 rubla yüksəlib.

“Brent” markalı neftin iyun ayından etibarən 10 dollar bahalaşmasına və Rusiya “Ural”ının Qərbin müəyyən etdiyi 60 dollar/barel qiymət həddini aşmasına baxmayaraq, yayın əvvəlindən rubl 20% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər