6 C
Baku
Sunday, December 15, 2024

İnkişaf etməkdə olan ölkələrdə qız uşaqlarının təhsilinə $15 mlrd. ayrılıb

“Böyük yeddilik” (G7) ölkələri önümüzdəki iki il ərzində qız uşaqlarının məktəb təhsilinə 15 milyard dollar ayıracaqlar. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dövlətlər bu pulun azgəlirli ölkələrdə 40 milyon qız uşağının 2026-cı ilə qədər məktəbə getməsinə kömək edəcəyinə ümid edirlər. Onlardan 20 milyonu 10 yaşına qədər oxumağı öyrənməlidir.

“Qız uşaqlarının təhsilinə investisiya qoymaq – insanları yoxsulluqdan qurtarmaq, iqtisadi böyüməni artırmaq, həyatları xilas etmək və pandemiyanın təsirinin öhdəsindən gəlməyə kömək etmək üçün ən perspektivli investisiyalardan biridir. Belə ki, anası oxumağı bacaran uşağın beş yaşına qədər sağ qalmaq ehtimalı 50% yüksəkdir”, – deyə XİN bildirib.

Böyük Britaniya COVID-19 pandemiyasının “qadınlar və qız uşaqlarına ciddi təsir göstərdiyini” hesab edir. Koronavirusa görə onlar məktəb dərslərini buraxır, reproduktiv sağlamlığın qeydinə qala bilmir, həmçinin məişət zorakılığı və işsizliyin artması ilə qarşılaşmır olur.

Mayın 3-dən 5-dək Londonda G7 ölkələrinin nazirlər səviyyəsində görüşü keçiriləcək. Xatırladaq ki, Böyük Britaniyadan başqa bu birliyə Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir.

Daha əvvəl “Oxfam International” 2020-ci ildə dünyadakı qadınların pandemiyaya görə 800 milyard dollar itirdiyini açıqlayıb. Ümumilikdə, 64 milyondan çox qadın işini itirib ki, bu da dünyada işləyən qadınların 5%-ni təşkil edir.

Son xəbərlər
Digər xəbərlər