Qısa müddətli yaddaş 7 obyekti eyni anda yadda saxlamaq imkanına malikdir. Yaddaşı 3 növə ayırmaq mümkündür: qısa müddətli, uzun müddətli və sensor. Qısa müddətli yaddaş eyni anda 5-9 arası obyekti yadda saxlaya bilər. Bu o deməkdir ki, orta statik insan üçün bu göstərici 7-ə bərabər olacaq. Əbəs yerə telefon nömrələrinin sayı 7 rəqəmdən ibarət deyil.
Ən yaxşı görülən rəng – şartrezdir.
Şartrez – görünən spektrın “mərkəzində” yerləşən sarı-yaşıl rəngin bir çalarıdır. Gözlərdə mavi, yaşıl və qırmızı rəngin reseptorları var. Beyin rəng haqqında informasiya qəbul etdikdə reseptorların siqnallarının fərqlərini də faktiki olaraq qəbul edir.
Beyinin fəallığı dua zamanı daha da artır
İnsan dua etdikdə reallıqdan uzaqlaşır. Bu zaman isə beyində adətən 6 aylıq uşaqlarda müşahidə edilən delta dalğalar əmələ gəlir. Ola bilsin ki, bu hadisə insanın dua zamanı daha tez sağalması ilə izah edilir. Və yaxud ümumiyyətlə xəstə olmurlar.
Əqli iş beyin xəstəliklərinin qarşısını alır
Əqli iş Alzeymer xəstəliyinin qarşısını almağa kömək edir. Beyinin aktivliyi təsirə məruz qalmış sinir elementlərinin yenidən inkişafına kömək edir. Beyini isə yeni fəaliyyət növü ilə inkişaf etmək mümkündür. İntellekti daha yüksək olan müsahiblə söhbət belə bu işdə sizə kömək ola bilər.
Beyinin yaxşı iş qabiliyyəti üçün su vacibdir
Məlumdur ki, bədənimizdə ən üstünlük təşkil edən maddə – sudur. Beyində isə su daha çoxdur. Lazımı səviyyədə olan su ehtiyatının itirilməsi ilə beyinin iş qabiliyyəti aşağı enir.
Bədən beyindən daha tez oyanır
Yenicə oyanmış insanların əqli bacarıqları bütün gecəni yatmamış və yaxud orta dərəcədə sərxoş olmuş insanın əqli imkanlarına bərabərdir. Beyinin tez oyanması üçün ona müəyyən tapşırıqların verilməsi mütləqdir. Məsələn: Rubik kubu, krossvord və yaxud qəzet. Lakin bu halda televizor və yaxud internetdən istifadə edilməsi doğru deyildir.