26 C
Baku
Tuesday, April 30, 2024

“İnsan dominosu” videosu yeni dünya rekordu qırdı – VIDEO

Ginnesin Rekordlar Kitabı özünün rəsmi “YouTube” kanalında “insan dominosu”ndan ibarət yeni dünya rekordunun videosunu dərc edib.

Martın 23-də ABŞ-ın Atlanta şəhərinin “Aaron’s Inc.” şirkətinin video çarxının çəkilişlərində şirkətin 1 200 nəfər əməkdaşı iştirak edib.

Onlar ilanvari arda-arda düşülüb və hər birinin arxasına döşək quraşdırılıb. Videodan görünür ki, əvvəldə duran kişini itələyirlər və onun yıxılması zəncirvari hal alır. 13 dəqiqə 38 saniyəyə aksiyanın bütün iştirakçıları uzanmış vəziyyətdə olublar.

15 saat ərzində bu video “YouTube”da 36 min baxış əldə edib. “Aaron’s Inc.” şirkətində isə bildiriblər ki, gələcəkdə dünya rekordunu vurmağa kömək edən döşəkləri satmaq planlaşdırılır.

Lent.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər